"Qarabağ"lılar "Səbail"lə görüşdə ehtiyatlı olmalıdır.
Xüsusən də iki futbolçu.
Offsideplus.az xəbər verir ki, ağdamlıların heyətində vərəqə sərhəddində olanlar var. Bunlar Ovusu Kvabena ilə İsmayıl İbrahimlidir. Hərəsinin passivində 3 "sarı" olan futbolçular "Səbail"lə qarşılaşmada növbəti vərəqəni alsalar, bu, aprelin 25-də "Qəbələ" ilə matçı buraxmaları anlamına gələcək. Odur ki, baş məşqçi Qurban Qurbanovun onlara son dərəcədə diqqətli olmaq barədə tapşırıq verəcəyi sirr deyil.
Qeyd edək ki, "Səbail" - "Qarabağ" matçı aprelin 16-ı, saat 18.00-da başlayacaq.