FİFA referisi Əliyar Ağayev DÇ-2022-nin seçmə mərhələ oyununa təyinat alıb.

Offsideplus.az AFFA-nın saytına istinadla xəbər verir ki,  həmyerlimiz F qrupundakı Danimarka – Moldova qarşılaşmasını idarə edəcək. Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, martın 28-də keçiriləcək Danimarka – Moldova matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.