U-21 millimiz Bakıda bir araya gələcək.
Offsideplus.az AFFA-nın saytına istinadla xəbər verir ki, martın 14-dən 29-na qədər nəzərdə tutulmuş toplanış təlim-məşq xarakteri daşıyır. Toplanışda 26 futbolçu iştirak edəcək ki, onlardan 25-i Azərbaycanda oynayanlardır. Yalnız 1 nəfər - Samet Karakoç Türkiyədən gələcək. 19 yaşlı futbolçu "Bayrampaşaspor"un üzvüdür.
Qeyd edək ki, Karakoç ilk dəfə millinin düşərgəsində olacaq. Bu isə türkiyəli futbolçuya Azərbaycan pasportunun verildiyi anlamına gəlir.