Azərbaycan millisinə cəlb olunması nəzərdə tutulan "Minay" klubunun futbolçuları Anatoli Nuriyevlə Rüstəm Əhmədzadənin sənədləşmə işləri davam edir.

Offsideplus.az "Report"a istinadən xəbər verir ki, bu barədə  AFFA-nın texniki direktoru Cahangir Həsənzadə məlumat verib.

Milli assosiasiya rəsmisi DÇ-2022-nin seçmə mərhələsi başlayanadək hər iki hücumçuya Azərbaycan pasportu təqdim olunacağını bildirib. O, Nuriyevin bu yaxınlarda Bakıya gəldiyini və müvafiq sənədlərə qol çəkdiyini açıqlayıb.

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə ilk oyununu martın 24-də səfərdə Portuqaliyaya qarşı keçirəcək.