19-21 fevral tarixlərində Moskva şəhərində bədii gimnastika üzrə Qran-Pri yarışı baş tutub.
Offsideplus.az xəbər verir ki, 17 ölkənin mübarizə apardığı turnirdə Azərbaycan təmsil olunmasa da, Lalə Kramarenko Rusiya yığmasının üzvü kimi iştirak edib. Sözügedən yarışda bürünc medal qazanan Kramarenko bunun ardınca keçirilmiş qala-konsertdə öz rəqs məharətini də nümayiş etdirib.
İrina Viner-Usmanova adına Gimnastika Sarayında keçirilən yarışda 16 yaşlı Lalə məşhur türkiyəli müğənni Tarkanın “Şımarık” mahnısının sədaları altında gözoxşayan rəqs edib.
Həmçinin o, pianoda klassik musiqinin müşayiəti ilə də rəqs bacarığını göstərib.
Qeyd edək ki, Lalə Kramarenko Moskvada doğulsa da, gimnastikaya 2006-cı ildə Bakıda başlayıb.
Əlavə edək ki, Gənc gimnast futbol millimizin və Rusiyanın ÇSKA klubunun qapıçılar üzrə məşqçisi Dmitri Kramarenkonun qızıdır.