Bu gün İntizam Komitəsinin iclası keçirilib.
Offsideplus.az PFL-a sitinadən xəbər verir ki, Premyer Liqanın 16-cı turunda "Sumqayıt"la baş tutan oyunda Uroş Matiçin futbol formasında standartlar pozulduğu üçün "Qarabağ" 3000 manat cərimə edilib.
Bundan əlavə, "Zirə"nin futbolçusu Dmitrios Çantakias "Keşlə"yə qarşı oyunda “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub isə 1600 manat cərimələnib.
“Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə edilib.
I Divizionun 14-cü turunun MOİK – “Zaqatala” oyununda MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat məbləğində cəzalanıb. Sözügedən oyunda xərəkdaşıyan və topdaşıyan şəxslərin say tərkibi pozulduğu üçün meydan sahibləri daha 80 manat ödəməli olacaq.