İbrahim Qədirzadə karyerasını Gürcüstanda davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, istedadlı yarımmüdafiəçi qonşu ölkənin "Samtredia" klubu ilə müqavilə bağlayıb. Anlaşmanın müddəti 1 illikdir. Bu barədə futbolçunun agenti Vaqif Heydərli saytımıza açıqlamasında deyib.
"Samtredia" azərbaycanlı futbolsevərlərə tanış addır. 2019-un avqustundan 2020-nin dekabrına qədər Nicat Qurbanov məhz bu komandanın şərəfini qoruyub.
Qeyd edək ki, "Xəzər Lənkəran"ın yetirməsi olan Qədirzadə son illər MOİK, "Qarabağ" (U-19), "Keşlə", "Neftçi-2"nin sıralarında olub.