David Alaba karyerasını PSJ-də davam etdirə bilər.
Bu barədə jurnalist Marks Bilefeld məlumat yayıb.
Offsideplus.az alman həmkarımızın şəxsi "tvitter" hesabında yaydığı məlumata əsasən xəbər verir ki, Paris nəhənginin prezidenti Nasser Əl-Xəlaifi "Bavariya"nın futbolçusu ilə telefon əlaqəsi yaradıb. Tərəflərin söhbətində ümumi mövzu müzakirə olunsa da, deyilənə görə, ərəb milyarder ulduz futbolçuya illik 23 milyon avro maaş təklif edib.
Qeyd edək ki, bir müddət öncə yayda "Bavariya"dan ayrılacağını bəyan edən Alaba ilə "Real" da yaxından maraqlanır. Lakin ispanların fransızlar qədər pul verməyə imkanı yoxdur. "Kral klubu" Avstriya millisinin üzvünə ən yaxşı halda 17-18 milyon təklif edə bilir.