Sabahdan transfer xəbərlərinə rast gəlməyəcəksiz.
Daha doğrusu, klubsuz olan futbolçuların müqavilə bağlamasında problem yoxdur. Sadəcə, bir klubdan digərinə keçmək mümkün olmayacaq.
Offsideplus.az xəbər verir ki, "böyük beşliy"in 3 ölkəsində - İngiltərə, İspaniya və Fransada "transfer pəncərəsi" fevralın 1-dən 2-nə keçən gecə Bakı vaxtı ilə saat 3-də bağlandı. Bu gün bizim vaxtla saat 21.00 isə İtaliya və Almaniya çempionatları üçün son saatdır.