Bu gün Azərbaycan Kubokunda 2020/2021 mövsümünə start verilib.
Offsideplus.az xəbər verir ki, 1/8 final mərhələsində 4 matç baş tutub.
İlk oyun günündə "Səbail" I Divizion təmsilçisi "Zaqatala"nı qəbul edib. "Səbail" çətin qələbə ilə növbəti mərhələyə yüksəlib.
"Səbail" Premyer Liqada 13 oyundan sonra 13 xalla 6-8-ci pillələri bölüşdürür. "Zaqatal" isə I Divizionda 11 matçda 19 xal toplaya bilib və hazırda 4-5-ci sıraları bölüşdürür. 1/8 final mərhələsi bir oyundan ibarət olduğu üçün qələbə qazanan komanda 1/4 finalda "Sumqayıt"a rəqib olacaq.
Azərbaycan Kuboku, 1/8 final
24 yanvar (bazar)
“Səbail” – “Zaqatala” - 3:2
Qollar: Amil Yunanov, 26 (1:0), Roini İsmayılov, 31 (1:1), 40 (1:2), Adil Nağıyev, 62 (2:2), Əfran İsmayılov, 84
Hakimlər: Namiq Bəkirov, Namiq Hüseynov, Eyyub İbrahimov, Rövşən Rəcəbov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
ASCO Arena.
Qeyd edək ki, 1/8 finalın digər 3 oyunu yanvarın 25-də gerçəkləşəcək. "Turan Tovuz" "Qəbələ"ni, "Sabah" "Kəpəz"i, "Qaradağ Lökbatan" isə "Zirə"ni qəbul edəcək.