Fransanın ünlü "Ekip" nəşri 2020-ci ilin simvolik komandasını təqdim edib.

Offsideplus.az xəbər verir ki, nəşrin ənənəvi təqdimatında "Bavariya"nın 5 futbolçusu yer aldığı halda Lionel Messiyə yer tapılmayıb. Argentinalının ötən il üçün əsas rəqiblərindən olan Kriştiano Ronaldo ilə Robert Levandovskinin hər ikisinin adı siyahıda var.

Simvolik "11-liy"in tərkibi belədir: 

Qapıçı: Manuel Noyer (Bavariya).

Müdafiəçilər: Trent Aleksandr-Arnold, Vircil van Deyk (hər ikisi "Liverpul"), Serxio Ramos (Real), Alfonso Deyvis (Bavariya).

Yarımmüdafiəçilər: Yozua Kimmix (Bavariya), Tyaqu Alkantara (Bavariya/Liverpul), Kevin De Brünye (Mançester Siti), Neymar (PSJ).

Hücumçular: Robert Levandovski (Bavariya), Kriştiano Ronaldo (Yuventus)

Qeyd edək ki, Robert Levandovski ilə Kriştiano Ronaldodan fərqli olaraq Lionel Messi 2020-ci ildə heç bir mükafata layiq görülməyib.