"Keşlə" - "Səbail" qarşılaşmasından sonra (0:2) baş məşqçilərin ənənəvi mətbuat konfransı baş tutub.
Offsideplus.az xəbər verir ki, Aftandil Hacıyev koronavirusa yoluxduğundan jurnalistlər önünə köməkçisi Emin Ağayev çıxıb.
Ağayev matçla bağlı bunları deyib: "Maraqlı oyun alındığını düşünürəm. İki vacib qol vurub qələbə qazandıq. Əks-hücumlarda hesab arasındakı fərqi artıra da bilərdik. Düzdür, rəqibin də qol imkanları oldu. Lakin biz hesabı qoruyub saxlamağı bacardıq. Məqsədimiz üst pillələrə qalxmaqdır. Necə olacağını zaman göstərəcək. Çempionatın əvvəlində Ekşteyn yox idi deyə, çətinlik çəkirdik. İndi oynayır, ona görə də oyunda canlanma müşahidə olunur".