Rusiya millisinin və Moskva ÇSKA-sının gənc futbolçusu maraqlı açıqlama ilə gündəmə gəlib.

Offsideplus.az "Sport Ekspress"ə istinadla xəbər verir ki, İqor Diveyev yığmanın baş məşqçisi Stanislav Çerçesovun gənc futbolçuları tənqid etməsinə bu cür reaksiya verib: "Düzü, müsahibəni oxumamışam. Sadəcə, baş məşqçinin futbolçuları mühakimə etdiyini eşitdim. O, baş məşqçidir, uyğun olan hər sözü deyə bilər. Bu o demək deyil ki, mən baş məşqçinin dediklərini dəstəkləyirəm, amma şərh də vermək istəmirəm.

O sözlər məni incitmədi, əksinə, özümə əsəbləşdim. Əgər sənə "sən p.xsan" deyirlər, deməli, sən p.xsan. Nəsə çatışmırsa, nə etməlisən? İşləmək, məşq etmək və ən yaxşılardan olmaq".

21 yaşlı futbolçu Rusiyanın Serbiyaya 0:5 hesabı ilə məğlub olduğu oyunda bir hissə meydanda olmuşdu. 

Qeyd edək ki, noyabrın son günlərində Stanislav Çerçesov verdiyi müsahibədə millinin uğursuzluğunun səbəbləri ilə bağlı danışarkən gənc futbolçuları sərt şəkildə tənqid etmişdi.