"Qızıl top" mükafatının ləğvindən sonra "The Best" mükafatına kimin layiq görüləcəyi maraqla gözlənilirdi.
Ehtimallar özünü doğrultdu. 2019-20 mövsümündə 5 titul qazanmış Robert Levandovski Kriştiano Ronaldo və Lionel Messi kimi rəqiblərini qabaqlamağı bacardı.
Səsvermədə Portuqaliya millisinin kapitanı kimi iştirak edən Ronaldonun ilk pilləyə Levandovskini layiq görüb.
Offsideplus.az xəbər verir ki, təqdimat mərasimində bir maraqlı an kameraların obyektivinə tuş gəlib. Belə ki, Robertin qalib olduğu açıqlandığı an səbəbkar buna normal olaraq gülüşlə reaksiya versə də, Ronaldo üzünü "turşudub". Məyus, bir o qədər fikirli görünüb.
Qalib adına özünün yox, "Bavariya"lının layiq görülməsinə görə olub, yoxsa yox - demək çətindir. Fakt faktlığında qalır ki, "Leva"nın adı çəkiləndə "Yuventus"lunun üzündə sevinc hissləri görünməyib.