Vaxtilə top dalınca qaçan futbolçuların müəyyən qismi sevdiyi peşədən uzaq düşüb.

Biri Moskvada meyvə-tərəvəz satır, digəri Türkiyədə inşaat biznesi ilə məşğuldur, bir başqası Avstraliyada qapı-pəncərə sexində işləyir, bəziləri də ac qalmamaq üçün Bakıda taksi fəaliyyəti ilə məşğuldur.

Offsideplus.az xəbər verir ki, illərdir məşğul olduğu sənəti atıb, başqa sahəyə üz tutanların arasına hakim də var. Coşqun Həsənov ölkə futbolunun 10-15 il əvvəli ilə maraqlananlara tanış simadır. Elitad oyunlarına yan xətt hakimi kimi təyinat alırdı. 2011-ci ildə "Turan" - "Qarabağ" qarşılaşmasından sonra Tovuzda yerli komandanın mühafizəçiləri tərəfindən döyülən briqadanın üzvlərindən biri də o olmuşdu. 

Artıq xeyli vaxtdır hakimliyin "daşını atan" Coşqun ABŞ-a, ordan da Kanadaya yollanıb. Torontoda yaşayır. Dolanışığı isə ustalıqdan çıxır. Boş vaxtlarından səmərəli yararlanmağın yolunu da tapıb. Evdə bekar oturmamaq üçün asudə vaxtlarında taksi fəaliyyəti ilə məşğul olur.

Coşqunun rəhmətlik atası Qürbət Həsənov uzuin illər ölkə çempionatının oyunlarına hakim-inspektor kimi təyinat alıb. Qardaşı Səbuhi Həsənov isə vaxtilə "Bakı", "Muğan" kimi komandalarda oynayıb, bir müddət Ukraynada legioner həyatı yaşayıb.

Qeyd edək ki, daha bir həmyerlimiz, sabiq futzalıçı, məşqçi kimi "Xəzər adaları"nı ölkə çempionu etmiş Elnur Qəmbərov da Torontodadır. 

slider orginal ad7b5ac9063a8fb0a877a74976a8ffbe