Sovet futbolunun yetirmələrinin bir-biri ilə etdiyi zarafatları eşidəndə adamı dəhşət bürüyür. Bir anlıq düşünürsən ki, filankəsin yerində mən olsaydım, belə edərdim. Onillərdir unudulmayan, hələ də öz aralarında yada saldıqları zarafatlar var. 

Offiseplus.az xəbər verir ki, onlardan birini Vidadi Rzayev nəql edib. Ötənlərin məşhur futbolçusu Mehman Allahverdiyevlə Yunis Hüseynovun Əfqan Talıbovun başına açdıqları "oyundan" danışıb. İyrənməyə meyilli oxucuların oxumaması məsləhətdir: "Yunis Hüseynovla Mehman Allahverdiyev bir otaqda qalırdılar. Mən də vaxtımın çoxunu onların yanında keçirirdim. İkisi də "Buratino" limonadını xoşladığından soyuducuda daim olurdu. Əfqan Talıbov da həmin limonad xoşlayırdı. Ancaq heç vaxt almırdı. Hər dəfə Mehmanla Yunisin otağına gəlir, mahnı oxuya-oxuya, rəqs edə-edə limonadları içib gedirdi. Bir gün Mehman Yunisə "Əfqan hər gün limonadlarımızı içib gedir. Bunu başa salmaq lazımdır" dedi. Yunis də "onu ancaq sən başa sala bilərsən" söylədi. Limonad butulkasına sidik doldurdular. Ertəsi gün Əfqan yenə məşqdən çıxan kimi onların otağına gəldi. İçəri girən kimi butslarını kənara atıb oxuyub-oynamağa başladı. Əlini soyuducuya atıb limonad götürmək istəyəndə Mehman "orda yarımçıq var, onu iç, doymasan, yenisini açarsan" söylədi. Talıbov onun dediyi kimi etdi və sidik olan butulkanı başına çəkdi. İçib qurtarandan sonra "bunun dadı başqa idi" deyincə, Yunislə Mehman ona sidik içdiyini bildirdilər. İndi Əfqan düşüb bunların üstünə ki, heç kimə deməyin, aramızda qalsın. Mehman cavab verdi ki, kişi deyilik, burada olan kənara çıxmayacaq. Üstündən yarım saat keçməmiş "Neftçi"nin bütün kollektivi Mehmanla Yunisin Əfqanın başına açdığı oyundan xəbərdar idi". (Futbol+)