Bu yay “Qarabağ”dan ayrılan Faysal Rerras özünə yeni klub tapıb.

Offsideplus.az xəbər verir ki, 27 yaşlı müdafiəçi karyerasını Mərakeşin "Mouloudia Ucda"da klubunda davam etdirəcək.  Oyunçu ilə 2023-cü ilin yayınadək müddəti olan müqavilə imzalanıb.

 

Qeyd edək ki, Rerras 2019-2020-ci illər mövsümündə “Qarabağ”da çıxış edib.