Çərşənbə axşamı AFFA-nın İntizam Komitəsinin iclası keçirilmişdi.
Toplantıda komitəsinin sərt üzünü görən klublardan biri "Zirə" olmuşdu. Yazılan cərimələrdən biri xüsusən diqqət çəkirdi: ehtiyat qapının ölçüsü standartlara uyğun gəlmədiyi üçün klub 800 manat cərimələnsin!
Absurddu. Mentiq yoxdu. Ağıllı şərh vermək çətindi. Necə yəni qapının ölçüləri standartlara uyğun gəlmir? Belə çıxır ki, "Zirə"də çalışanlar futbol qapılarının ölçüsündən xəbərsizdir? Yoxsa indiyə qədər Zirədəki İdman Kompleksinə səfər edənlər deyilən nöqsanı görməyiblər? Ya da, görməməzlikdən gəliblər?
Offsideplus.az xəbər verir ki, "Zirə" 800 manatı ödəmək fikrində deyil. Və buna görə apellyasiya şikayəti verməyə hazırlaşır. Klub rəsmiləri qapının standartlara cavab verdiyini iddia edir. Odur ki, qərarın ləğv ediləcəyi gözlənilir.