Azərbaycan Premyer Liqasında yeni mövsümündə klubsuz qalan yerli futbolçulardan biri də Amil Yunanovdur.
Mövsüm başa çatdıqdan sonra "Sumqayıt"la yolları ayrılan 27 yaşlı forvard Offsideplus.az-a açıqlamasında heç bir klubdan təklif almadığını bildirib:
"Hazırda gözləmə mövqeyindəyəm. Real təklifim yoxdur. Menecerim də maraqlanır. Hələ ki gözləyirəm. Ümid edirəm, tezliklə klubsuz günlərim bitər. Fərdi məşq edirəm, dostlarımla oyunlarda iştirak edirəm. Çalışıram formamı qoruyub saxlayım".
Qeyd edək ki, Tovuz futbolunun yetirməsi olan Amil Yunanov “Sumqayıt”la yanaşı “Qəbələ”, “Neftçala”, “Rəvan”, AZAL, “Keşlə” və digər klubların formasını geyinib.