Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev təmsilçilərimizin avrokuboklardakı rəqiblərini dəyərləndirib. 

Offsideplus.az xəbər verir ki, qurum rəhbəri klubları arxayınlaşmamağa çağırıb:

“Əvvəla onu deyim ki, püşk hər klubumuza düşərli olsun. Mətbuatda yazırlar ki, asan rəqiblər düşüb. Ancaq arxayınlaşmaq olmaz. Unutmayaq ki, avrokuboklara qatılan komandalar zəif olmur. Təmsilçilərimizə uğurlar arzu edirik. Onlar Azərbaycanı təmsil edirlər, həmişə yanlarındayıq”.

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının, “Nefti”, “Keşlə” və “Sumqayıt” isə Avropa Liqasının I təsnifat mərhələsində mübarizə aparacaq. "Qarabağ" "Sileks" (Şimali Makedoniya), "Neftçi" "Şkupi” (Şimali Makedoniya), "Keşlə" "Laçi" (Albaniya), "Sumqayıt" isə  "Şkendiya" (Şimali Makedoniya) klubu ilə qarşılaşacaq.