2022-ci ildə keçiriləcək dünya çempionatının Cənubi Amerika üzrə seçmə mərhələsinin sentyabrda keçirilməsi planlaşdırılan startı təxirə salınıb.
Offsideplus.az xəbər verir ki, təqvimdə yaranan sıxlıq səbəbindən bu addım atılıb. FİFA Cənubi Amerika Futbol Federasiyası (KONMEBOL) və üzv olan assosiasiyalarla aparılan müzakirələrdən sonra bu qərarı verib.
FİFA ilk oyunların oktyabrda keçirilməsini planlaşdırır.
Qeyd edək ki, DÇ-2022-nin final mərhələsi 21 noyabr-18 dekabr 2022-ci il tarixində Qətərdə keçiriləcək.