Azərbaycanlı futbol agenti Emil Şükürov xarici şirkətlə əməkdaşlıq etməyə başlayıb.

Offsideplus.az xəbər verir ki, təcrübəli vasitəçi "Scoreunderscore" kampaniyasında fəaliyyət göstərməyə başlayıb.

Bu barədə məlumatı Offsideplus.az-a açıqlamasında agentin özü deyib:

"Yeni şirkət ilə əməkdaşlığa başlamışam. "Scoreunderscore" adlanan kampaniya dünyanın müxtəlif ölkələrindən vasitəçilərlə işləyir. Əlimdən gəldiyi qədəri ilə azərbaycanlı futbolçuları xarici klublara göndərməyə çalışacam".