2011/2012 mövsümündən Premyer Liqada mübarizə aparan “Sumqayıt”ın ən sərrast futbolçusu Amil Yunanovdur.
Offsideplus.az xəbər verir ki, komandada ümumilikdə 91 oyuna çıxmış 27 yaşlı futbolçu 28 qolla klub tarixinin ən çox qol vuran futbolçusudur. Klub tarixində sonrakı iki ən çox qol vuran futbolçular isə Pərdis Fərcad-Azad (22 qol) və Məhəmməd Qurbanovdur (20 qol).