"Sabah"ın üzvü Təmkin Xəlilzadə şəxsi "İnstagram" hesabında maraqlı paylaşım edib.
Offsideplus.az xəbər verir ki, milli komandamızın müdafiəçisi izləyicilərindən onu futbol oynamağa dəvət etməsini xahiş edib:
"Necəsiniz? Ev günləriniz necə keçir? Mən nə futbol oynaya, nə də izləyə bilirəm. Kimlər futbol oynayır? Çağırın, mən də gəlim. Zarafat bir qırağa, ümid ediərm ki, tezliklə bu bəla da keçib gedəcək. Sağ-salamat stabil həyatımıza qayıdacağıq. Özünüzü qoruyun!"