"İsraildə vəziyyət yaxşılaşmağa doğru gedir"
Bu sözləri Offsideplus.az-a açıqlamasında Azərbaycan millisinin üzvü Əli Babayev deyib.
Yarımmüdafiəçi koronavirusun qarşısının alınması üçün İsrail hakimiyyətinin hər şey etdiyini bildirib:
"Dövlət bu sahədə işləri genişləndirir. Virusun yayılmasının qarşısının alınması üçün böyük səylər göstərilib. Bu futbolda da öz əksini tapıb. Çempionat oyunları martın axırlarına kimi təxirə salınıb".
30 yaşlı futbolçu İsraildəki klubların oyunçuları koronavirus testindən keçirtmədiyini bildirib:
"Burada belə şey yoxdur. Kimsə özündə virusun simptonlarını hiss edirsə, xəstəxanaya gedib özünü yoxlatdırır".