Azərbaycan millisinin üzvü Əli Babayev yığmamızın UEFA Millətlər Liqasının C Divizionun I qrupundakı rəqiblərini dəyərləndirib.

Offsideplus.az xəbər verir ki, “Makkabi Petah Tikva”nın futbolçusu liqanın sonun ilk pillənin sahibi olacaqlarını bildirib:

“Milli komanda üçün çox gözəl şansdır. Qrupda birinci ya ikinci yeri tuta bilərik”.

Yarımmüdafiəçi yığmaya təyin olunacaq baş məşqçinin xeyirli olmasını arzulayır:

“Milli komandaya hansı məşqçinin təyin edilməsinə münasibət bildirmək mənim işim deyil. Ümid edirəm ki, yığma üçün xeyirli olar”.

Əli Babayev İsraildəki karyerası haqda da danışıb:

“Hər şey əladır. Komandamda çox xoşbəxtəm. Əla kollektivimiz var. Düşünürəm ki, doğru yerdəyəm”.

İlkin Sultanlı