Azərbaycan Premyer Liqasının XIX turunda "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Sabah"a heç-heçə edib.

 Offsideplus.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra verdiyi açıqlamada hakimdən narazılığını gizlətməyib:

"1 xal qazandıq. Rəqib 90 dəqiqə müdafiə oynadı. Belə olanda oynamaq çətin olur. Futbolçular əvvəlki oyunlardakı kimi güclü çıxış etdilər. 90 dəqiqə ideal səviyyədə oyun gözləmək düzgün deyil. Müəyyən çatışmazlıqlar oldu. Ümumilikdə, oyundan razı qaldım. Sayılmayan qol epizoduna gəlincə, hakimdən başqa hamı təmiz qol olduğunu dedi. Hətta rəqib komanda üzvlərindən də belə deyənlər oldu. Hakimlər diqqətli olmalıdır. Son vaxtlar belə səhvlər daha çox olur. Gənc hakimdirlər. Ümid edirəm üzərlərində çox çalışırlar və gələcəkdə daha az səhv edərlər".