"Qarabağ" daha bir ispan futbolçunu transfer edə bilər.
Offsideplus.az "Marca" nəşrinə istinadla xəbər verir ki, Azərbaycan çempionu "Rayo Valyekano"nun yarımmüdafiəçisi Coni Montieli heyətinə qatmaq istəyir.
Coni Montieli İspaniyanın U-17, U-18 və U-19 yığmalarında oynayıb. 21 yaşlı futbolçu cari mövsüm Sequndada 12 matçda iştirak edib.


