Portuqaliya millisinin və "Yuventus"un ulduz oyunçusu Kriştiano Ronaldo "İnstagram" hesabından maraqlı paylaşım edib.
Offsideplus.az xəbər verir ki, məşhur tennisçi Novak Cokoviçə hündürlüyə tullanmağı öyrədən futbolçu "Cokoviçə hündürlüyə tullanmağı öyrədərkən. Səni görmək və sənlə məşq etmək çox xoş oldu, dostum" notunu yazaraq paylaşıb.
Xatırladaq ki, bir müddət əvvəl "Yuventus"un "Sampdoriya"nı 2-1 hesabı ilə məğlub etdiyi oyunda oyunun taleyini Ronaldonun başla vurduğu qol həll edib.Ulduz futbolçu yerdən 71 sm, topa toxunduğu anda isə 2 metr 56 sm hündürlüyə yüksələrək 48 salise havada qalıb. Ronaldonun bu tullanışı sosial medianın gündəmini zəbt etmişdi.