Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib.
Offsideplus.az-ın məlumatına görə, toplantıda Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab görüşlərindəki neqativ hallar müzakirə edilib.
“Səbail”lə qarşılaşmada 7 futbolçusu sarı vərəqə alan “Zirə” 800 manat cərimələnib .
“Sumqayıt”la görüşdə isə “Neftçi”nin 4 üzvü sarı vərəqə alıb. Bu üzdən bakılılar da 800 manat cərimə ödəməli olacaq.