"Üçüncü oyundur ki, eyni heyətlə meydana çıxırıq. Əsas oyunçuların meydandakı istəykli olmasıdır. Şadam ki, qələbə qazandıq. Böyük hesablı qələbə gözləmirdim".
Ofsideplus.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Zaur Həşimov Premyer Liqanın 14-cü turunda evdə "Səbail"i 4:1 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib.
“Səbail”in çətin durumu ilə bağlı danışan gənc çalışdırıcı artıq kubok oyununu düşündüklərini bildirib: "İstəyirəm ki, "Səbail" ötənilki gücünü qaytarsın. Bir komanda zəifdirsə, baş məşqçinin daha çox ürəyi ağrıyır. Futbolçulara dedim ki, bu qələbə ilə kifayətlənmək olmaz. Eyni rəqibə qarşı kubok oyununu düşünmək lazımdır. Həmin matç daha çətin olacaq".(qol.az)