“Ayaks”, “Real Madrid”, “İnter” və “Qalatasaray” formaları geyinən Uesli Sneyder, Qutinin indiyə qədər oynadığı ən yaxşı futbolçu olduğunu bildirib.
Offsideplus.az xəbər verir ki, Sneyder “Real” ilk transfer olunduğu vaxt Quti Hernandezlə ilk 3 ayda danışmadıqlarını bildirib.
Quti 2007-2008 mövsümündə Holland ulduzun “Real Madrid”ə transferindən sonra ehtiyat heyətə göndərilib. “Fox Sports”a açıqlama verən Sneyder bu vəziyyətdən xoşlanmayan Qutinin onunla 3 ay müddətində danışmadığını bildirib:
"Real Madrid'ə gəldikdən sonra əsas heyətdə yer aldım. Quti təxminən 3 ay mənimlə danışmadı, çünki ehtiyatda qalmışdı. Bir müddət sonra birlikdə oynamağa başladıq və oyunumuz çox yaxşı alındı. Baxmadan belə bir-birimizin hara gedəcəyini təxmin edə bilirdik”.
Sneyder oynadığı ən yaxşı oyunçunun da məhz Quti olduğunu da etiraf edib: “Möhtəşəm oyunçu idi. Oynadığım ən yaxşı futbolçu o idi. Üzərimdə böyük təsiri vardı”.
“Real Madrid”də 2 mövsüm keçirib La Liqa çempionu olan hollandiyalı buradan transfer olunduğu “İnter”lə Çempionlar Liqasını qazanmışdı.