AFFA İntizam Komitəsi birinci divizion təmsilçisi "Mil-Muğan"a texniki məğlubiyyət verib.
Offsideplus.az xəbər verir ki, buna 15-ci turda "Zaqatala"ya qarşı matçda komandanın heyətində adı protokola qeyd olunmamış futbolçunun iştirakı səbəb olub. "Mil-Muğan"a 0:3 hesablı texniki məğlubiyyət verilib və klub 800 manat cərimə olunub.
Qeyd edək ki, "Zaqatala" - "Mil-Muğan" görüşü birincilərin 2:0 hesablı qələbəsi ilə başa çatmışdı.



