"Sabah"ın müdafiəçisi Bəhlul Mustafazadə evdə "Qəbələ"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının IV tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb.
- “Sabah” bu mövsüm hələ qalib gəlməyib. Probleminiz nədir?
- “Qəbələ”yə məğlubiyyətinizin əsas səbəbi nə oldu?
- Fikrimcə, ilk hissədəki epizodlarımızdan yararlansaydıq, rahatlaşardıq. Qol vurmadıqca özümüzü stresə saldıq. Mütləq qələbə qazanmaq istəyirdik. Qol vura bilmirdik, vaxt keçirdi və üzərimizdə təzyiq yaranırdı.
- Yetirməsi olduğunuz kluba qarşı oynamaq sizin üçün xüsusi önəm daşıyırdı?
- Xüsusi bir şey yox idi, adi çempionat oyunu oldu. Əlimdən gələni etdim ki, komandama köməyim dəysin.
- Oyundan sonra baş məşqçi futbolçularla söhbət etdi. Sizə irad bildirdi?
- Əlbəttə. Bu vəziyyətə özümüz düşmüşük və bunu düzəltməliyik. Ümid edirəm ki, qısa zamanda düzəldə biləcəyik.
- Məşhur türkiyəli agent Muzzi Özcan sizinlə İngiltərə klublarının maraqlandığını bildirib. Belə bir məlumatınız var?
- Mənim xəbərim yoxdur və kimsə nəsə deməyib.(qol.az)