"Bu nəticə bizim üçün çox məyusedicidir. İzah etmək çətindir. Düzünü desəm, karyeram ərzində belə oyun keçirməmişdim. Üç xal qazana biləcəyimiz asan oyuna istədiyimiz kimi başladıq və sonra dayandıq. Ancaq davam etməli və növbəti matçlarda qalib gəlməliyik".
Offsideplus.az-ın məlumatına görə, bu sözləri Xorvatiya millisinin futbolçusu Nikola Vlaşiç Avro-2020-nin seçmə mərhələsində Azərbaycanla heç-heçə etdikləri görüşü (1:1) şərh edərkən deyib.
Ölkəsinin mətbuatına danışan 21 yaşlı yarımmüdafiəçi millimizin üzvü Təmkin Xəlilzadənin vurduğu cavab qolu haqda da danışıb: "Buraxdığımız qol epizodunda rəqibin oyunçusuna yaxın idik. Ancaq o, Messi kimi hamını keçib, qol vurdu".