PSJ-nin futbolçusu Neymar Fransa Peşəkar Futbolçular Birliyinin keçirdiyi "İlin futbolçusu" mükafatlandırma mərasiminə qatılmayıb.

Braziliyalı ulduz məşhur müğənni Rihanna ilə əyləncəyə yollanıb. Onların gecə səhərə qədər əyləndiyi bildirilir.
Neymar gecə əyləncəsindən çəkilmiş fotonu sosial media hesabından "Kraliça və güclü qadın" şərhini yazaraq paylaşıb.
 
 
Eyni gecədən Rihanna da tək fotosunu paylaşıb. 
 
 
Qeyd edək ki, Fransa Peşəkar Futbolçular Birliyi "İlin futbolçusu" mükafatını Neymarın PSJ-dəki komanda yoldaşı Kilian Mbappeyə verib. Braziliyalı futbolçunun mərasimə qatılmaması tənqidlə qarşılanmışdı.