Azərbaycan Premyer Liqasında ötən 2 turun 5 oyununu stadiondan canlı izləmişəm”.
Bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç deyib. 53 yaşlı mütəxəssis bildirib ki, XXII turun “Sumqayıt” – “Qarabağ”, “Keşlə” – “Neftçi” və “Zirə” – “Səbail”, eləcə də sonuncu həftənin “Sabah” – “Səbail” və “Neftçi” – “Zirə” matçlarına tribunadan baxıb: “Planlı şəkildə oyunları ilzəyirik. Yığma üzvlərini və digərlərini gözdən keçiririk. Yeni oyunçularla da maraqlanırıq. Həmçinin ölkə xaricində çıxış edənləri diqqətdə saxlayırıq. Bütün futbolçularla bağlı davamlə şəkildə köməkçilərimlə birgə müzakirələr aparırıq".
Hazırda vətəni Xorvatiyada olan Yurçeviç Bakıya nəzərdə tutduğundan 3 gün tez qayıdacağını açıqlayıb: "Ötən turun oyunlarından sonra Zaqrebə qayıtmışam. Bakıya aprelin 20-də dönməyi düşünürdüm. Lakin XXV turun qarşılaşmaları 18-19 apreldə keçiriləcəyindən, ayın 17-də gələcəyəm”.
Baş məşqçi deyib ki, yığma üzvləri ilə yanaşı, AVRO-2020-nin seçmə mərhələsində qarşılaşacaqları rəqibləri – Slovakiya və Macarıstan millilərinin də diqqətdə saxlayır.
N.Yurçeviç yığmanın növbəti təlim-məşq toplanışının yeri və tarixinin 2 həftədən sonra dəqiqləşəcəyini deyib. Onun fikrincə, millinin yoldaşlıq görüşündəki rəqibinin adı elə həmin vaxt bəlli olacaq.
Qeyd edək ki, Azərbaycan millisi iyunu 8-də Macarıstan, iyunun 11-də Slovakiya yığmasını qəbul edəcək. Hər iki görüş "Bakcell Arena"da təşkil olunacaq. (report)