Futbol üzrə Çexiya milli komandasının sabiq futbolçusu Tomaş Rjepka 15 ay müddətinə həbs edilib.
Offsideplus.az xəbər verir ki, 45 yaşlı sabiq müdafiəçi fırıldaqçılığa görə azadlıqdan məhrum olunub.
Rjepka 2016-cı ildə ona məxsus olmayan avtomobili bir qadına satıb. 45 yaşlı sabiq oyunçunun vəkili hökmdən şikayət edib.
Rjepkaya 2018-ci ildə keçmiş həyat yoldaşının adından internetdə intim videolar yerləşdirdiyi üçün 6 ay müddətinə həbs cəzası verilib. O, 2015 və 2016-cı illərdə sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün saxlanılıb.
Qeyd edək ki, İngiltərənin "Vest Hem" və İtaliyanın "Fiorentina" komandalarında da çıxış etmiş Tomaş Rjepka Çexiya yığmasında 46 oyunda bir qol vurub.(sportnet.az)