"Qəbələ"nin baxışa dəvət etdiyi Dodo seçimini edib.
Offsideplus.az xəbər verir ki, "Liepaya"dan da təklif alan braziliyalı yarımmüdafiəçi Latviya klubunu üstün tutub.
Sosial şəbəkədə şəkil paylaşan 32 yaşlı hücumameyilli oyunçu artıq Antalyada, "Liepaya"nın düşərgəsində olduğunu bildirib. O, bir müddət bu komandada baxışdan keçəcək. Bəyənilərsə, latviyalılarla müqavilə bağlayacaq. Bu isə o deməkdir ki, Dodonun "Qəbələ"yə dönüşü baş tutmayacaq.
Qeyd edək ki, 2011-2016-cı illərdə "Qəbələ"nin şərəfini qoruyan Dodo ötən yaydan bəri klubsuzdur.