Azərbaycan milli komandasının futbolçuları Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olduqları vaxt geniş antidopinq yoxlamasından keçiblər.

Offsideplus.az “Report”a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, yoxlamanı Almaniya şirkəti futbolçular üçün gözlənilmədən aparıb.

Bundan başqa daha 8 futbolçu qeydiyyata alınmış test qrupuna daxil edilib. Nəticədə belə futbolçuların sayı 11-ə çatıb. Onların hamısı AMADA-ya məkan məlumatları verəcək.

Qeyd edək ki, yoxlama Azərbaycan milli komandalarının 12 üzvünü əhatə edib. Onların adları açıqlanmır. Nəzarət altına götürülən 8 futbolçu isə “Sumqayıt”dan Amil Yunanov və Eltac Mirzəyev, “Keşlə”dən Denis Silva və Zeki Sinan Akkoyun, “Kəpəz”dən Kamran Abdullazadə, “Zirə”dən Vüqar Mustafayev, “Səbail”dən Emil Balayev və “Qəbələ”dən Ülvi İbazadədir.