"Sabah" klubu bu mövsümün əvvəlində milli komandamızın hücumçusu Ramil Şeydayevi heyətinə qatmaq istəyib.
Offsideplus.az xəbər verir ki, debütant hətta 22 yaşlı forvarda təklif də göndərib. Ancaq həmin vaxt müqavilə ilə məxsus olduğu "Trabzonspor"da qalmaq istəyən futbolçu Premyer Liqa təmsilçisinə "yox" cavabı verib.
Qeyd edək ki, Şeydayev hazırda Rusiya çempionatında çıxış edən "Krılya Sovetov"un formasını geyinir.(qol.az)


