Benin yığmasının baş məşqçisi Gernot Ror Lionel Messinin Argentina millisindəki vida oyunundan sonra yaşananlarla bağlı narazılığını ifadə edib.

Offsideplus.az xəbər verir ki, Ror Argentina ilə keçirilən yoxlama görüşündən (0:3) sonra oyunçularının rəqib futbolçularla forma dəyişmək istədiklərini, lakin buna imkan verilmədiyini bildirib. "Yeganə xoşagəlməz məqam odur ki, argentinalılar bizim oyunçulara heç nə vermədilər. Hətta Messiylə şəkil də çəkdirmək mümkün olmadı. Futbolçularımız forma dəyişmək istəyirdilər, amma heç birini ala bilmədilər. Hətta onların dəhlizinə də buraxmadılar, mühafizə heç kəsi keçirmirdi. Biz razılaşmağa çalışdıq, amma nəticəsiz oldu. Buna baxmayaraq, mən Messinin 2018-ci il formasını baş məşqçi Lionel Skaloni vasitəsilə ona çatdırdım və Messi onu mənim üçün imzaladı. Skaloni formanı geri qaytardı. Yarım saat gözlədim, amma bu problem deyil", – deyə Gernot Ror bildirib.