Argentina millisinin sabiq yarımmüdafiəçisi Papu Qomes Lionel Messini Albert Eynşteyn və Leonardo da Vinçi ilə müqayisə edib.
Offsideplus.az xəbər verir ki, 39 yaşlı hücumçu dünən Argentina yığmasında son oyununu keçirib.
"Bu gün tarixidir, həm kədərli, həm də xüsusi gündür, çünki Messi Argentina millisindən ayrılır. Məncə, o, bəlkə də bütün dövrlərin ən yaxşı oyunçusudur. Buna görə də bu gün komandamız üçün çox kədərlidir.
Messinin beyni adi insandan, normal insan beynindən qat-qat sürətli işləyir. Texniki baxımdan minlərlə oyunçu var ki, topa nəzarətdə, sürətdə, ötürmələrdə, driblinqdə onunla müqayisə oluna bilməz. Amma Messinin beyni... O, Eynşteyn və ya da Vinçi kimi dahidir, fenomenal şəxsiyyətdir. Onun adi insanda olmayan bir xüsusiyyəti var, nə olduğunu bilmirəm. Amma bəlkə də futbolda oynayanda onun üçün hər şey sanki yavaşladılmış çəkilişdə baş verir – bu da onun öz sürətinə görədir", – deyə Qomes bildirib.


