İsveçrəli müdafiəçi Manuel Akanci "Mançester Siti" ilə qazandığı titullardan məhrum edilməyəcəyinə ümid etdiyini bildirib.
Offsideplus.az xəbər verir ki, Akanci 2022-2025-ci illərdə "Mançester Siti"nin heyətində çıxış edib və bu müddətdə iki dəfə İngiltərə çempionu olub, Çempionlar Liqasını və digər turnirləri qazanıb. Bu il "Mançester Siti" maliyyə qaydalarını pozduğuna görə günahkar bilinib.
"Hələ də bəzi oyunçularla əlaqə saxlayıram, amma sizin bildiyinizdən artıq məlumatım yoxdur. Bizə sakit olmağı, klubun hər şeyi nəzarətdə saxladığını və ciddi bir şey baş vermədiyini deyirdilər. "Mançester Siti" rəhbərliyinə inanıram və düşünürəm ki, hər şey qaydasındadır. Ümid edirəm ki, məni titullarımdan məhrum etməzlər. Bu, bir qədər üzücü olardı. Amma mən də hər şeyi yalnız xəbərlərdən öyrənirəm", – deyə Akanci bildirib.
Jurnalistlər Akanciyə xatırladıblar ki, onun titulları təhlükə altında deyil, çünki qərar "Mançester Siti"nin 2009-2018-ci illərdəki dövrünə aiddir və həmin vaxt o, klubda olmayıb. İsveçrəli futbolçu isə belə cavab verib: "Kim bilir, bəlkə başqa nələrsə tapacaqlar. Axı siz hələ də koronavirusla bağlı nəsə axtarırsınız, halbuki bu, beş il əvvəl baş verib".


