Britaniyalı televiziya aparıcısı Pirs Morqan Kriştiano Ronaldunun Portuqaliya millisindən ayrılması ilə bağlı Saimon Cordanla mübahisə edib.
Offsideplus.az xəbər verir ki, Saimon Cordan Morqana ünvanladığı fikirlərdə Ronaldunun davranışını tənqid edib və Morqanı ona həddindən artıq dəstək verməkdə günahlandırıb. Morqan isə Cordanın futbolçu kimi peşəkar təcrübəsinin olmadığını vurğulayıb və onun yalnız uşaq və yeniyetmələr arasında futbol oynadığını bildirib.
Daha sonra Pirs Morqan Ronaldunun mövqeyinə münasibət bildirib: "Onunla fəxr edirəm, çünki özünü müdafiə edə bildi. Həyatda insan yalnız hörmətsizliklə qarşılaşanda deyil, rəhbəri ona yalan danışanda da özünü qorumalıdır. O, karyerasının sonuna yaxınlaşır və necə xatırlanacağını yaxşı bilir, ləyaqətlə ayrılmaq istəyir. Onu illərdir tanıyıram və bir şeyi başa düşmüşəm: ona qarşı həmişə dürüst və hörmətli olmaq lazımdır. Onun üçün nə pul, nə şöhrət, nə də eqo əsas olub. Əsas xüsusiyyəti hörmət və dürüstlükdür. Bəyanatı uzun olsa da, mənə xoş gəldi, çünki baş verənləri bütün detalları ilə izah etdi".


