İtaliyalı vinger Fabio Borini peşəkar futbolçu karyerasını başa çatdırdığını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, 35 yaşlı futbolçu bu barədə şəxsi hesabında emosional paylaşım edib.

Borini bildirib ki, "Çelsi"yə transfer olunduğu ilk gündən etibarən futbolun ona bəxş etdiyi bütün duyğuları yaşayıb və arzularını reallaşdırmağa nail olub. O, gələcəkdə də inamını qoruyacağını vurğulayıb və futbola təşəkkür edib.

Borini karyerası ərzində "Çelsi", "Suonsi", "Parma", "Roma", "Liverpul", "Sanderlend", "Milan", "Verona", "Fatih Karagümrük", "Sampdoriya" və "Solford" klublarında çıxış edib.

O, İtaliya millisində də bir oyunda meydana çıxıb.