Mikel Arteta 'Arsenal'ın Premyer Liqanın 4-cü turunda 'Sanderlend' üzərində qazandığı 2:0 hesablı qələbə barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Arteta bu nəticədən böyük məmnunluq duyduğunu bildirib. "Çox ağır bir həftə keçirdik: 'Çelsi' ilə oyun (2:1), səfərdə 'Napoli' üzərində qələbə (1:0), indi isə güclü rəqibə qarşı çətin səfər matçı. Bəzi hissələrdə üstün oynadıq, lakin qol vura bilmədik. Belə hallarda rəqib səni sıxışdıra bilər, xüsusilə də güclü və vertikal futbol oynayanda. Həmçinin penalti epizodunda yaranan vəziyyətlə üzləşməli olduq ki, bu səviyyədə belə hallar yolverilməzdir", – deyə Arteta vurğulayıb.


