“Qarabağ” qış transfer çalışmalarına başlayıb.
Offsideplus.az Qol.az-a istinadən xəbər verir ki, Ağdam klubu sabiq futbolçusu Reynaldo Silvanı heyətinə cəlb edir.
Braziliyalı hücumçu artıq Bakıya dəvət olunub. Burada onunla müqavilənin şərtləri razılaşdırılacaq və sözləşmə imzalanacaq. Baş məşqçi Qurban Qurbanov da futbolçunun keçidinə razılıq verib. Əldə edilən digər məlumata görə, son beş mövsümün çempionu Reynaldo ilə hücumçu transferini yekunlaşıdırmaq niyyətində deyil. "Qarabağ" bir mərkəz hücumçusu ilə də güclənmək istəyir. Xarici ölkələrin birində çıxış edən əcnəbi hücumçunun klubu ilə danışıqlar gedir.
Qeyd edək ki, “Qarabağ” tarixinin ən yaxşı əcnəbi bombardiri olan Reynaldo 2013-2016-cı illərdə Ağdam klubunda keçirdiyi 89 oyunda 47 qol vurub. Fevraldan "Aktobe"də oynayan Reynaldonun Qazaxıstan təmsilçisi ilə müqaviləsinin müddəti bugünlərdə başa çatıb və o, hazırda azad agentdir.