Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Offsideplus.az xəbər verir ki, iclasda milli komandanın son 1 il ərzində göstərdiyi nəticələr müzakirə olunub. Müzakirələrdən sonra milli komandamızın baş məşqçisi Qurban Qurbanov baş məşqçi postundan istefa verib.
Qeyd edək ki, Qurban Qurbanov ötən ilin sonunda bu posta təyin olunmuşdu.