İngiltərənin "Tottenhem" klubu "Mançester Siti"nin braziliyalı cinah oyunçusu Savinyonu heyətinə qatmağa yaxındır.

Offsideplus.az xəbər verir ki, London təmsilçisi futbolçunun transferi üçün danışıqları irəli aparıb və təxminən 85 milyon funt sterlinq qarşılığında razılıq əldə olunmaq üzrədir.

Bundan əlavə, "Tottenhem" "Mançester Siti"nin hücumçusu Omar Marmuşun keçidini də müzakirə edir.